ABŞ-ın Oklahoma ştatında qandonduran cinayət hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki,  3 nəfəri öldürməkdə günahlandırılan 42 yaşlı Larence Anderson  məhkəmə qarşısında hadisə bağlı etiraflar edib. 

Belə ki, Anderson qonşusu ilə arasında yaranan mübahisədə onu ölümcül bıçaqlayıb. Mübahisəyə müdaxilə digər iki insanı da öldürən Anderson onları evində bağlı qapı arxasında saxlayıb.  

Hadisədən bir müddət sonra  qatil qonşusunun ürəyini çıxardaraq evinə qonaq gələn qohumlarına yedizdirib. Anderson hakimə, "Qohumlarım evimə qonaq gələcəkdi. Ürəyi kartofla qızardıb onlara yedizdirdim. Onlar heç nə hiss etmədilər",- deyə açıqlama edib. Hadisənin baş vermə səbəbini isə qonşusundan xoşlanmadığı üçün törətdiyini bildirib. 

Məhkəmə 42 yaşlı Anderson barəsində qərar verərək, onu ömürlük həbs edib.