Ermənistanın sabiq prezidenti Robert Koçaryan xalqı ordunu dəstəkləməyə çağırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryan Paşinyanı istefaya getməyə çağırıb.

"Müharibəni uduzan hakimiyyət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazımdır", - deyə Koçaryan bəyan edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə əhalini təmkinli olmağa çağırıb. Bir sıra müxalifət partiyaları tərəfdarlarına nə Paşinyanın, nə də onun əleyhdarlarının aksiyalarına getməməyi tövsiyə edib. İrəvan küçələrində iqtidar və müxalifət tərəfdarlarının toqquşmaları davam edir.

Ermənistan mətbuatında xeyli dövlət qulluqçusunun Paşinyana dəstək yürüşünə qatılmağa məcbur edildikləri üçün istefa ərizəsi yazdıqları barədə məlumatlar yayılıb.