İngiltərə hökuməti sosial media istifadəçiləri üçün yeni qərar qəbul edib. 

Unikal.org xəbər verir ki, hökumət rəsmisi Vera Baird sosial şəbəkələrdə baş qaldıran saxta adlı profillərin bağlanması üçün yeni tədbirlər həyata keçirməyi təklif edib.  Onun bu təklifi müsbət qarşılanıb.  

Veranın sözlərinə görə, dövlət əleyhinə istənilən şəxs saxta adla sosial mediadan fikir bildirib, təsir altına salma qabiliyyətinə malik olduğunu bildirib. Digər tərəfdən o, anonim hesablardan rəsmi saytlara  mesaj göndərilməsinə icazə verilməməsi lazım olduğunu söyləyib. 

Bu məsələdə, "Twitter" və "Facebook" kimi platformaları günahlandıran Vera, istifadəçiləri tanımaq üçün məlumat vermədən qeydiyyatdan keçmələrinə icazə verməməsini bildirib. 

Qərarlaşan qanuna görə, saxta profil açmaq istəyən şəxslər pulla cəzalandırılacaq.