Hindistanda toydan qayıdan ailə bəbirlərin hücumunə məruz qalıb.  

Unikal.org xəbər verir ki, ailə başçısı bəbirlərə müqavimət göstərib. Lakin yırtıcılardan biri azyaşlı qıza hücum edərək onu yaralayıb.  Qəzəblənən ata  qızını bəbirdən xilas edib.  Daha sonra isə o, vəhşi heyvanı dizi ilə boğaraq öldürüb.  

Ata müxtəlif yaralar alsa da onun bu hərəkəti Hindistanda alqışla qarşılanıb.