Türkiyənin İstanbul şəhərində PKK əleyhinə antiterror əməliyyatı keçirilib.

Bu barədə Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilir ki, polisin keçirdiyi xüsusi əməliyyata havadan da helikopter vasitəsilə dəstək verilib. Əməliyyat zamanı 14 ünvanda axtarışlar aparılıb.

Esenyurt və Küçükçekmece rayonlarında saxlanılan 1 şübhəli şəxsin evində müxtəlif sənədlər müsadirə olunub.

DHA-nın məlumatına görə, iki rayonda keçirilən əməliyyat zamanı ümumilikdə 11 nəfər şübhəli şəxs kimi saxlanılıb.