Bildiyiniz kimi, bu gün Xocalı soyqırımının törədilməsindən 29 il ötür.

Unikal.org xəbər verir ki, vətəndaşlarımız soyıqırımın ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edirlər.

Baş nazirin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Fəzail ibrahimli, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə, Xarici İşlər naziri Ceyhun Bayramov, onun müavinləri Ramiz Həsənov və Xələf Xələfov da abidəni ziyarət edib.

Fotolar: Müzəffər İsmayılov