Ermənistanda siyasi gərginlik artmaqdadır.

Unikal.org  xəbər verir ki, bu gün xeyli sayda polis əməkdaşı baş nazir Nikol Paşinyanın ailəsinin təhlükəsizliyini təmin etmək işlərinə cəlb edilib.

Bu barədə məlumat yayan erməni Teleqram kanalları avtobuslarla gətirilən yüzlərlə polisin Nikol Paşinyanın şəxsi evinin qarşısında keşik çəkdiyini bildiriblər. Qeyd edilib ki, əslində baş nazirin təhlükəsizliyi ilə başqa bir qurum məşğul olmalıdır.

Hazırda İrəvanın Baqramyan prospektində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilir.