Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsini ziyarət ediblər.

Unikal.org xəbər verir ki, Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, ADNSU-da Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə müxtəlif  tədbirlər keçirilir, həmçinin Azİİ e-Kitab evində bu münasibətlə sərgi təşkil olunub. Sərgidə çoxlu sayda ənənəvi kitablarla yanaşı, Xocalı soyqrımından bəhs edən yeni nəşrlər də yer alıb.