Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a bildirilib ki, hadisə paytaxtın Z.Bünyadov prospektində "20 Yanvar" dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, Çermet körpüsündən aşağıda istiqamətdə baş vermiş yol-nəqliyyat hadisəsi Olimpiya stadionunun yanından başlayaraq həmin yerədək sıxlığın yaranmasına səbəb olub.