2021-ci ilin yanvar-fevral aylarında elektron qaydada 6697 nəfərə sosial müavinət təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, onların 53,2 %-i kişi, 46,8 %-i isə qadındır.