ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsinə göstəriş verdiyini açıqlayıb.

Unikal.org xəbər verir ki, kəşfiyyatın hesabatında vəliəhdin jurnalisti krallıq üçün təhdid kimi qiymətləndirdiyini və qətlə yetirilməsinə göstəriş verdiyini yazıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda itkin düşmüşdü. Səudiyyə Ərəbistanı Baş Prokurorluğu sonradan jurnalistin ölümünü etiraf etdi.

İstintaqla əlaqədar 21 nəfər saxlanılıb.