Fevralın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23 min 939 nəfər vaksinasiya olunub.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 min 723 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Azərbaycanın bütün rayonlarında uğurla davam etdirilir.