Kaspiyskdəki cüdo turniri kütləvi dava ilə başa çatıb.

Unikal.org xəbər verir ki, bununla bağlı REN TV-nin Twitter səhifəsində video yerləşdirilib.

TASS agentliyinin verdiyi məlumata görə, insident 23 yaşınadək idmançılar arasında Şimali Qafqaz Federal Dairəsinin cüdo çempionatında dağıstanlı idmançı ilə Şimali Osetiya təmsilçisi Sarmat Qoleyevin (73 kq çəki dərəcəsi) finala çıxmaq uğrunda mübarizəsi zamanı baş verib.

Dağıstan İdman Nazirliyindən bildiriblər ki, komandaların nümayəndələri ilə idmançılardan biri arasındakı söz mübahisəsi tamaşaçıların iştirakıyla kütləvi davaya çevrilib. Davanın səbəbkarları təfərrüatların araşdırılması üçün polis şöbəsinə aparılıblar.