Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun növbəti oyunu keçirilib.

Unikal.org  xəbər verir ki, turun maraq doğuran görüşü “King Pover” stadionunda baş tutub.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən “Lester Siti” doğma azarkeşlər önündə “Arsenal” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xal ehtiyatını 37-ə çatdıran “Arsenal” turnir cədvəlində 10-cı yerə yüksəlib, “Lester Siti” isə 49 xalla üçüncü yerdə qərarlaşıb.