Yevlaxda baş vermiş ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  avtoqəza zamanı ölənlər Bərdə rayonun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.

Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

***20:08

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.