Suraxanı Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı RİH-nin başçısı Əziz Əzizov əmr imzalayıb. Əmrə əsasən, Cəbrayılov Fuad Höcətağa oğlu Suraxanı RİH-nin başçısının müavini təyin edilib.

Qeyd edək ki, C.Fuad daha öncə Abşeron RİH-nin başçısının müavini vəzifəsində çalışıb.

Murad İbrahimli