Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Vinnitsa" gəmisi tezliklə muzeyə çevriləcək.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andrey Taran qərar qəbul edib.

Qərara əsasən, hərbi gəminin Ukraynanın Milli Hərbi-Tarixi Muzeyinə verilməsi məsələsi müzakirə olunur.

Bildirilib ki, 45 il əvvəl istehsal olunmuş gəmi bundan sonra Nikolayev şəhərində muzey olaraq fəaliyyət göstərəcək.