Katolik kilsəsinin lideri papa Françesko iqlim dəyişikliyi böhranını İncildə təsvir olunan "Nuh tufanı” ilə müqayisə edib.

Unikal.org xəbər verir ki,  bundan əvvəl dəfələrlə iqlim dəyişikliyi ilə mübarizənin aktuallığına diqqət çəkən Papa bu bənzətməni qarşıdakı həftədə nəşr olunacaq kitab üçün verdiyi müsahibədə bildirib.

İtalyanın katolik din xadimi Marko Pozzanın qələmə aldığı “Qüsurlar və fəzilətlər” (Dei vizi e delle virtù) kitabının bəzi hissələri İtaliyanın “Corriere della Sera” qəzetində dərc olunub.

Adı çəkilən qəzetin ilk səhifəsində “Papadan çağırış: İqlimə münasibətimizi dəyişməsək, daşqın olacaq” başlığı ilə yazı dərc olunub.