ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) astronavtları Beynəlxalq Kosmik Stansiyasında (ISS) günəş panellərinin saxlanılması və təkmilləşdirilməsi üçün kosmos gəzintisinə çıxıblar. 

Unikal.org xəbər verir ki, Nasa astronavtları Kate Rubins və Viktor Qlover, ABŞ vaxtı ilə səhər 6-da ISS-dən ayrılıb. Gəzintinin təxminən 6 saat yarım çəkəcəyi gözlənilir.