Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şərqi Anadolu bölgəsində yerləşən Van, Bitlis, Muş və Hakkari şəhərlərində şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.

Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib. Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib.