Ukraynanın ilk xarici işlər naziri Anatoli Zlenko dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Diplomat bu gün 83 yaşında vəfat edib. A.Zlenkonun ölümünün səbəbi açıqlanmayıb.

1938-ci ildə anadan olan A.Zlenko 1990-94 və 2000-2003-cü illərdə Ukraynanın XİN başçısı olub. Eks-nazir həmçinin Ukraynanın BMT-dəki daimi nümayəndəsi, Ukrayna baş naziri və prezidentinin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.