Xalq artisti Emin Ağalarov Rusiyanın birinci kanalında yayımlanan şou proqramlarının birinə qonaq olub. 

Unikal.org  xəbər verir ki, müğənni əfsanəvi musiqiçi Elvis Preslinin obrazı qismində proqramda iştirak edib. Məşhur "My way" mahnısını ifa edən Emini görənlər təəccüblənib. 

"Uzun müddətdir etdiyim ən həyəcanlı və çətin çıxışım idi. Birinci kanala bu dəvəti və yaratdığı imkan üçün təşəkkür edirəm. Kumirimin obrazında çıxış etdim. Şounun yaradıcı heyətinə isə demək istəyirəm ki, etdiyiniz iş möhtəşəmdir", - deyə, Ağalarov qeyd edib.