Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən ənənəvi Çin fənərlər bayramı (Yuan Xiaojie) qeyd olunub. Tədbirdə Çin dili müəllimi, Şərqi Çin Universitetinin magistrantı Samirə Məmmədova qonaqlara 180 il əvvəl qeyd olunmağa başlanan bayramın yaranması ilə bağlı əfsanələr barədə məlumat verib.

Unikal.org xəbər verir ki, o müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər bir sıra ölçü və şəkillər istehsal edən və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqları haqqında danışıb. 

İştirakçılar, həmçinin folklor nümayişləri təşkil edilən fənər festivalı ənənələri - Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, şirlərin rəqsi ilə tanış olublar.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, ənənəvi Çin bayramlarının məzmunu müxtəlif, rəngarəng, qədim tarixə malik və unikal Çin mədəni irsinin bir hissəsidir. Çinşünas tələbələrin ənənəvi Çin bayramlarında iştirakı onlara Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verərək, Çin mədəniyyətinə maraq yaradır və Çin dilini öyrənmə prosesini sürətləndirir.