Gürcüstanın paytaxtı Tiflis şəhərində dəmir yolunda yanğın hadisəsi baş verib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hadisə İsani-Samqori yolunda yaşanıb.

Belə ki, mazut daşıyan qatarın bir vaqonunda yanğın olub. Nəticədə havaya xeyli zəhərli tüstü və duman yayılıb. Yanğın məhdudlaşdırılıb və qarşısı alınıb. İtkilərlə bağlı məlumat verilməyib.