Ermənistanda daha bir general baş qərargah rəisi Onik Qasparyanın tərəfinə keçib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Qeqarkunik vilayəti qubernatorunun müavini, general-mayor Henrik Muradyan bəyanat yayıb.

"Mən tutduğum vəzifədən istefa verirəm və baş qərargahın yaydığı bəyanata qoşulduğumu, baş qərargah rəisi Onik Qasparyanı dəstəklədiyimi publik şəkildə bəyan edirəm", - deyə H.Muradyan bildirib.