İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Cüdo Federasiyasının (IJF) İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib.

Unikal.org xəbər verir ki, CAS IJF-nin İran cüdoçularına beynəlxalq yarış qadağası qoymaqla, səlahiyyətlərini aşdığı qənaətinə gəlib.

Mübahisələr 2018-ci ilin dünya çempionu Səid Mollayinin növbəti il İran millisini tərk etməsindən sonra başlayıb. Mollayi bildirib ki, 2019-cu il mundialında İsrail təmsilçisi ilə qarşılaşmaması üçün ondan bütün görüşlərində məğlubiyyəti istənilib. IJF isə 2019-cu ilin oktyabrında İranın beynəlxalq yarışlardan məhrum edilməsinə dair qərar çıxarıb. Ali cüdo qurumu İran hökumətini idmançılara, o cümlədən, İrana qaçan Mollayiyə təzyiq göstərməkdə ittiham edib.

Ötən il Beynəlxalq Olimpiya Komitəsi iranlı dünya çempionunun Monqolustan millisinə keçidini təsdiqləyib.