ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,22% azalaraq 1 barelə görə 62,91 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,32% azalaraq 59,84 dollar təşkil edib.