Yaponiya və Çin arasında növbəti gərginlik yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Çin dənizində yerləşən mübahisəli Senkaku adalarının Çin əraziləri kimi göstərilməsi Yaponiyada narazılığa səbəb olub.

Yaponiyanın müdafiə naziri Kişi Nobuo Çinin təxribatçı addımının qəbuledilməz olduğunu söyləyib. Adaları Yaponiya ərazisi sayan nazir bu cür addımlarla gərginliyin artdığını xatırladıb.

Həmçinin Çinin yeni sahil-mühafizə qanununda hərbçilərinə istədikləri zaman silahdan istifadə icazəsi verilməsi qınanılıb və qonşu ölkələrin su nəqliyyatı vasitələrinin təhlükəsizliyinə təhdid hesab edilib.