Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  461 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  271 379, ölənlərin sayı isə 3 532 nəfərə çatıb.

Virusa yoluxanlardan 265 686 nəfərin sağaldığı bildirilir.