Bakıda oğurluq hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan R.Məmmədovun ətrafında Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2 100 manat pul və 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.