Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən jurnalist Sosi Xanikyan ölüb. 

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, o, dünən  müxalifətin etiraz aksiyasında iştirak edib və evə qayıdarkən avtomobil qəzasında dünyasını dəyişib. 

Bildirək ki, uzun illər İctimai TV-də redaktor və ssenarist kimi çalışıb, bir sıra mahnıların sözlərinin, o cümlədən erməni müğənni Sevak Xanaqyanın səsləndirdiyi "Artsax" mahnısının müəllifidir. Qarabağ müharibəsi günlərində və müxalifətin mitinqlərində bu mahnı tez-tez səsləndirilirdi.

Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.