Ermənistanın müxalif Çiçəklənən Ermənistan Partiyasının üzvü, deputat Naira Zohrabyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputat parlamentdə jurnalistlərə verdiyi müsahibə zamanı bu barədə danışıb. O, Paşinyanı ölkənin ağır vəziyyətə düşməsində ittiham edib.

"Nikol Paşinyan ölkəni pis günə saldı. İndi də Rusiyanı Ermənistanın geopolitik vektorundan çıxarmaq istəyir. Baş nazirin niyyəti Ermənistanın geopolitik istiqamətini Qərbə doğru dəyişdirməkdir", - deyə N.Zohrabyan Paşinyana qarşı etiraz edib.