Rusiyanın Krasnoyarsk şəhərində bir sıra məktəblərdə 60-a yaxın şagird zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org məlumatına görə, şagirdlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, hazırda 56 nəfər müalicəsini davam etdirir. Zəhərlənən uşaqlar 7-14 yaş arasındadır.

Zəhərlənmənin məktəblərdə verilən salatla əlaqədar olduğu ehtimal edilir.