İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 86 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 60 287 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8495 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 648 174 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 738 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 406 845 nəfər koronavirusdan sağalıb.