Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusa qarşı peyvənd olunub.

Unikal.org  xəbər verir ki, o, bu barədə öz instaqram hesabında məlumat verib. O, peyvənd olunarkən çəkdirdiyi şəkli sosial şəbəkəyə yerləşdirib.

“Həkimlər və hərbçilər artıq peyvənd olunublar, hamını kampaniyada da növbəyə qoşulmağa çağırıram. Qorxulası bir şey yoxdur, şəxsi nümunə göstərdim”,- deyə Zelenski yazıb.