Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması qərarını imzalamayıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin ofisi məlumat yayıb.

Bildirilib ki, A.Sarkisyan qərarı imzalamayıb. Lakin Ermənistan konstitusiyasına görə, qərar bu mərhələdən sonra avtomatik qüvvəyə minəcək. Həmçinin Ermənistan prezidentinin məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyi qeyd olunub.