"Space X" ilə kosmosa uçacaq olan yaponiyalı milyarder Yusaku Maezava sosial media hesabında bir sıra açıqlamalar verib. 

Unikal.org xəbər verir ki, o, 2023-cü ildə planlaşdırılan səyahətə 8 nəfəri özü ilə aparacağını açıqlayıb. Belə ki, Maezavanın kosmik uçuşu 1972-ci ildən sonra Aya ilk insan səyahətidir. O, yol yoldaşlarını dünyanın müxtəlif ölkələrindən olmasını tələb edib. 

Milyarder onun  təklifini qəbul edənlərə pul mükafatı verəcəyini də bildirib.