Futbol üzrə Braziliya yığmasının sabiq futbolçusu Pele koronavirusdan peyvənd olunub.

Unikal.org xəbər verir ki, bu barədə keçmiş hücumçu “instagram” hesabında paylaşım edib. Pele, paylaşımında bunları qeyd edib:

“Bu gün unudulmaz gündür. Mən peyvənd olundum. Pandemiya hələ bitməyib. İnsanlar peyvənd olunana qədər nizam-intizamı qorumalıyıq. Əllərinizi yumağa davam edin. Çölə çıxanda maska taxmağı unutmayın və məsafə saxlayın”.

Pele Braziliya millisi ilə üç dəfə dünya çempionatının qalibi olub. Karyerası ərzində 1281 qol vuran keçmiş hücumçu, futbol dünyasının canlı əfsanələrindən biri olaraq göstərilir.