İsveçin Vetland şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdədir.

Hadisə yerinə gələn polislər cinayətkara atəş açaraq, onu ayağından yaralayıblar. O, daha sonra xəstəxanaya yerləşdirilib.

İsveç polisi terror aktı versiyası irəli sürüb. Faktla bağlı araşdırma aparılır.