İsveçdə yeni növ koronovirusun əlamətləri olan hamilə qadın özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb.

Unikal.org xəbər verir ki, Malmö şəhərində yaşayan qadın xəstəxanaya aparıldıqdan sonra əməliyyat olunub.

Lakin, yeni doğulmuş körpədən alınan koronavirus testinin nəticəsi pozitiv çıxıb. Həkimlər körpənin hələ ana bətnində ikən virusa yoluxduğunu təsbit ediblər.