İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "İrşad Electronics" MMC barədə inzibati protokol tərtib edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, şirkət qanunvericilikdə nəzərdə tutulmuş sertifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirilir.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 manatdan 6 min manatadək məbləğdə cərimə edilir.

Murad İbrahimli