Ermənistanın sabiq prezidenti Robert Koçaryan bu gün xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanı tənqid edən R.Koçaryan həmçinin jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

"Mən partiya lideri kimi qəbul olunmuram. Xalq məni belə qəbul etmir. Ona görə də siyasi partiya yaratmağı düşünmürəm. Amma bunu istisna etmirəm. Ola bilər ki, seçkilərdə müəyyən partiyalarla əməkdaşlıq edək", - deyə Koçaryan partiya ilə bağlı suala cavab olaraq söyləyib.