Qanunsuz yollarla Suriyadan Türkiyəyə keçməyə cəhd göstərən 9 nəfər sərhəddə saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriya ilə həmsərhəd olan Mardinin Kızıltepe ilçəsində qanunsuz yollarla Suriyadan Türkiyəyə keçmək istəyən 9 şəxs yaxalanıb. Araşdırmalar nəticəsində məlum olub ki, onlardan ikisi PKK terror təşkilatının üzvüdür. Hazırda araşdırmalar davam etdirilir.