Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Rusiya ilə münasibətləri haqqında danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov Koçaryanın Kremldə dost siyasətçi sayıldığını deyib.

"Kreml Koçaryanı dost siyasətçi hesab edir, ancaq Robert Koçaryanın bütün fəaliyyətini və hərəkətlərini Moskva ilə razılaşdırdığını və əlaqələndirdiyini düşünmək absurddur", - deyə Kremlin sözçüsü bəyan edib.