Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim keçəcək.
Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Can Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər çalışmağa davam edirik. Altı həftə davam edəcək təlimlər üçün Ispartaya gələn qəhrəman Azərbaycan Ordusunun hərbçilərini hava limanında qarşıladıq”, - deyə məlumatda qeyd olunub.
Can Azerbaycan ile “Tek millet, İki devlet” anlayışı ile bir ve beraber çalışmaya devam ediyoruz. 6 hafta sürecek komando eğitimleri için Isparta’ya gelen Kahraman Azerbaycan Ordusuna mensup kardeşlerimizi havaalanında karşıladık. 🇹🇷🇦🇿 pic.twitter.com/rjNXhW8S8k
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 4, 2021