Ermənistan baş naziri daha bir müxalifət lideri ilə görüş keçirəcək.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim "Mənim addımım" blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts məlumat verib.

Onun sözlərinə görə, Paşinyan müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla görüşəcək. L.Makunts bildirib ki, görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Paşinyan bu gün müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanla da görüşmüşdü.