İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, şəhərin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub.  

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.