Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

Unikal.org-un Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 11-ə yüksəlib.

xxx

22:07

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

Unikal.org-un Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

xxx

19:34

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.