NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək, hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Unikal.org xəbər verir ki, Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu bildirib.

Xatırladaq ki, Türkiyənin Bitlis vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.