Azərbaycan göstəricilərini yaxşılaşdıraraq 2021-ci ildə İqtisadi Azadlıq İndeksində iqtisadiyyatını ən azad ölkələr siyahısında 38-ci yerə yüksəldib və “Ən azad kateqoriyaya” daxil olub.

Unikal.org xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Tvitter" hesabında yazıb.

“Biz irəliləməyə davam edirik”, - deyə XİN rəsmisi vurğulayıb.